SON XƏBƏR

"Qərb rəsmiləri əmindirlər ki, Putin blef edir" - ABŞ nəşri

Fevral 10
15:07 2024
"Rusiya lideri Vladimir Putin amerikalı jurnalistə müsahibəsində bir daha bəyan edib ki, o, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara hazırdır. Lakin onun real planı yaxın bir neçə ay ərzində hər hansı danışıqları istisna edir. Qərb rəsmiləri əmindirlər ki, Putin blef edir".

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times” nəşrində yayımlanan məqalədə bildirilir.

Nəşr xatırladır ki, bu, Putinin Ukraynanın taleyi ilə bağlı danışıqlara hazır olduğunu ilk dəfə dilə gətirmir.

"Putinin sözlərinə rəğmən, onun bu müharibəni bitirməkdə maraqlı olduğunu göstərən heç bir hərəkət görmədik. Əgər bu sözlər doğrudursa, o zaman o, qüvvələrini geri çəkəcək və Ukraynaya davamlı hücumları dayandıracaq”, - deyə nəşr bildirir.

ABŞ rəsmiləri daha əvvəl bildirmişdilər ki, Putin noyabra qədər danışıqlar aparmaq niyyətində deyil. Onların fikrincə, Putin Donald Trampın Ağ Evə qayıdıb-qayıtmayacağını gözləyir. Nəşrə görə, Putin Trampın Ukrayna ilə bağlı ona daha əlverişli şərtlər təklif edəcəyini gözləyir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook