Qərb Ukraynanın əks-hücum əməliyyatından məyus olub: "Gözləntiləri doğrultmur"
İyun 23
10:57
2023
Ukraynanın əks-hücumunun birinci mərhələsi Qərb ölkələrinin ümidlərini doğrultmur.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN iki Qərb rəsmisinə və ABŞ-dan olan yüksək rütbəli hərbçiyə istinadən yazır.
Nəşrin həmsöhbətlərinin fikrincə, əməliyyat "hər mənada” proqnozlardan daha pisdir. Rusiya isə böyük səriştə nümayiş etdirib. Rusiya Federasiyasının ordusu mina sahələrinin köməyi ilə mövqelərini yaxşıca gücləndirib, onalrın qarşısında Ukrayna bölmələri "həssasdır". Rusiya hava üstünlüyündən də yaxşı istifadə edir.
Buna baxmayaraq, CNN mənbələri hücumla bağlı pozitiv olaraq qalır, çünki hücumun yeni başladığını başa düşürlər. Onların fikrincə, iyul ayında baş verənləri daha dəqiq qiymətləndirmək mümkün olacaq. Onlar hesab edirlər ki, vaxt keçdikcə Ukrayna Silahlı Qüvvələri öz ərazilərini geri ala biləcək.
Bundan əlavə, nəşrin həmsöhbətləri qeyd edirlər ki, Ukrayna qoşunları öz taktikalarını uyğunlaşdırır. Mənbələr bildirirlər ki, onlar xüsusilə Rusiya mövqelərinə yaxın olan zirehli texnikalardan hücum qruplarını düşürürlər.
Qərb rəsmilərindən biri bildirib ki, əks-hücum münaqişənin hər iki tərəfi üçün çətin sınaq olub. Onun sözlərinə görə, hər iki tərəf böyük itkilər verir.