SON XƏBƏR

“Qərb Zelenskini aradan götürəcək” – Medvedevdən şok iddia

Aprel 19
12:55 2024
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna lideri Volodimir Zelenski ilə bağlı maraqlı bir iddia irəli sürüb.

"AzPolitika” xəbər verir ki, bu barədə "Telegram” kanalından paylaşım edən Medvedev Qərbin Zelenskini aradan götürəcəyini iddia edib.

Medvedev Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağa çalışan bir şəxsin Polşada həbs edilməsi ilə bağlı xəbərə "Zelenskiyə qarşı sui-qəsd ola bilər”, - şəklində reaksiya verib.

"Bu, ola bilsin ki, Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər”, - deyə o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook