“Qərbdə Vardanyanı müdafiə edən ikiüzlülər var” - Ramiz Yunus
Aprel 25
14:05
2024
Məlum olduğu kimi, son zamanlar Qərbdəki məlum dairələr Qarabağdakı keçmiş qondarma qurumu və separatizmi "dirçəltməyə” çalışan və Azərbaycanın haqlı olaraq həbs etdiyi milyarder Ruben Vardanyanın müdafiəsinə qalxıblar.
Mənə maraqlıdır: Ukrayna vətəndaşlarının özləri, xüsusən də jurnalistlər və Ukraynanın siyasi isteblişmentinin nümayəndələri bu barədə nə düşünürlər? Bəlkə bu sualları həm özlərinə, həm də birbaşa Avropa və ABŞ-dəki tərəfdaşlarına verməyin vaxtı çatıb?”.
"AzPolitika” xəbər verir ki, ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi şərhçi Ramiz Yunus öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı maraqlı paylaşım edib: "Bu gün Qərbdə Ukraynanın maraqlarını sözdə "müdafiə edən” və eyni zamanda Avropa və ABŞ-də rus oliqarxlarının maraqlarını ikiüzlü şəkildə dəstəkləməyə davam edən çoxlu sayda insan peyda olub. Təəssüflər olsun ki, belə misallar çoxdur və onlardan biri də Krımın ilhaqını, Donbassdakı qətliamı dəstəkləyən və maliyyələşdirən, Kremlə yaxınlığı və Rusiya prezidentinin "yaxın çevrəsinin" üzvü Sergey Çemezovla dostluğu sayəsində varidat toplamış rusiyalı oliqarx Ruben Vardanyanın maraqlarını qorumaq üçün davam edən kampaniyadır.