SON XƏBƏR

Qərbin sanksiya tətbiq etdiyi "Mir" Azərbaycanda çalışır? - Baş bankirdən açıqlama

Oktyabr 28
12:22 2022
Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə nəzarətini davam etdirir.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, bunu keçirdiyi onlayn mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

O bildirib ki, banklar sözügedən sanksiyalardan məlumatlıdırlar. "Hər bir bank öz reputasiyasına xələl gətirməmək üçün diqqət edir. Hazırda sanksiya altına düşə biləcək addım görməmişik. "Mir" ödəniş sistemi Azərbaycanda çalışmır. Bu, münaqişədən əvvəl də belə idi"- deyə T. Kazımov əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook