SON XƏBƏR

“Qeyri-maddi mədəni irs nümunəsi olan tarın tədqiqi” mövzusunda tədbir keçiriləcək

Dekabr 09
12:34 2015
Dekabrın 10-da T. Quliyev adına musiqi məktəbində AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən "Qeyri-maddi mədəni irs nümunəsi olan tarın tədqiqi” mövzusunda tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.
 
Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
 
Tədbirdə əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının Xanəndə-oxu kafedrası və İnstrumental muğam kafedrasının müəllimi Valeh Rəhimov tarın və muğamların yaranması tarixi haqqında, Azərbaycan Milli Konservatoriyasının "Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının müdiri, tar ustası Məmmədəli Məmmədov tar alətinin hazırlanması texnologiyaları haqqında məruzələrlə çıxış edəcəklər.
 
Tədbirin sonunda T. Quliyev adına 12 saylı musiqi məktəbi şagirdlərinin ifasında tarda canlı musiqi nömrələri səsləndiriləcəkdir. Tədbirin keçirilməsində məqsəd YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş tar ifaçılıq sənətinin təbliğ olunmasıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook