SON XƏBƏR

Qəzaya uğramış İl-76-da ukraynalı əsirlərin olmasına dair etibarlı məlumat yoxdur - Budanov

Yanvar 27
12:44 2024
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Federasiyasının Belqorod yaxınlığında qəzaya uğrayan İl-76 təyyarəsində 65 ukraynalı əsirin olmasıyla bağlı açıqlamalarına münasibət bildirib. Onun sözlərinə görə, bu versiya çoxlu suallar doğurur.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının rəisi əsir düşmüş əsgərlərin qohumları ilə görüşü zamanı bildirib.

Görüşün əsas mövzusu yanvarın 24-də Belqorod vilayətində Rusiyaya məxsus İl-76M hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyət olub. Budanov vurğulayıb ki, hazırda sözügedən təyyarənin göyərtəsində kimin ola biləcəyi barədə etibarlı və hərtərəfli məlumat yoxdur.

"Biz bu qədər mənbədən bu məsələ ilə bağlı bütün mövcud məlumatları toplayırıq və diqqətlə təhlil edirik. Həmin təyyarədə bu qədər insanın ola biləcəyini göstərən heç bir məlumat yoxdur. Eyni zamanda, Rusiya təbliğat versiyasının İl-76M-in bortunda 65 ukraynalı hərbi əsirin mübadilə üçün daşınması versiyası indiyə kimi çoxlu suallar yaradır”, - Budanov qeyd edib.

Lakin SBU sədrinin birinci müavini Sergey Andruşşenko əlavə edib ki, ruslar qəzanın əsl səbəblərini dünya ictimaiyyətindən gizlətməyə çalışırlar. Xüsusilə də işğalçılar beynəlxalq ekspertlərə İl-76M-in qəzasını araşdırmaqdan imtina edirlər. Bütün məlumatları toplamaq üçün daha çox vaxt lazımdır.

Xatırladaq ki, yanvarın 24-də Rusiyanın Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya iddia edir ki, göyərtəsində 65 hərbi əsir, altı rusiyalı ekipaj üzvü və üç rusiyalı hərbçi olub. Ukrayna tərəfi təyyarədə hərbi əsirlərin olduğunu təsdiqləməyib. Ukrayna Müdafiə Nazirliyi də təyyarənin qəzaya uğramasının səbəbinin Ukrayna Silahlı Qüvvələrinin hücumu olub-olmamasını hələlik təsdiq edə bilmir.

Bu gün, yanvarın 26-da GUR nümayəndəsi Andrey Yusov vurğulayıb ki, yanvarın 24-də pozulan əsir mübadiləsi genişmiqyaslı müharibə zamanı ən böyüklərdən biri olmalı idi. O, həmçinin qeyd edib ki, Rusiya yanvarın 24-də baş tutmayan mübadilədə ukraynalı məhbuslar haqqında məlumatı Qırmızı Xaç Cəmiyyətinə təqdim etməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook