Qəzzada 1 milyon insan humanitar yardımdan məhrum olub
May 08
10:39
2024
"Rəfah və Kerem-Şalom nəzarət-buraxılış məntəqələrinin bağlanması nəticəsində Qəzza sektorundakı 1 milyon insan humanitar yardımdan məhrum olub”.
Qurumun təmsilçisi Yens Laerke bildirib ki, əraziyə dərman preparatları belə buraxılmır. Onun sözlərinə görə, agentlik tərəfdaşlarla vəziyyətdən mümkün çıxış yollarını müzakirə edir.
APA-nın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə Agentliyi məlumat yayıb.