SON XƏBƏR

Qəzzada Qızıl Aypara Cəmiyyətinin qərargahı atəşə tutulub - 3 nəfər ölüb

Yanvar 24
12:21 2024
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb.

"Report”un xəbərinə görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Təşkilatın Xan Yunisdəki qərargahının atəşə tutulması nəticəsində 3 məcburi köçkün ölüb, 2 nəfər isə yaralanıb”, - məlumatda qeyd edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook