SON XƏBƏR

“Qida Təhlükəsizliyi Agentliyi gözləntiləri doğrultmur” - Eyyub Hüseynov

May 03
10:51 2018
Azad İstehlakçılar Birliyinin sədri: "Həm bizim, həm də cənab prezidentin Qida Təhlükəsizliyi Agentliyindən gözləntilərimiz çoxdur. Amma hələ ki, Agentlik bu gözləntiləri doğrultmur”

"Çox təəssüf olsun ki, dövlət orqanına təyin olunmuş adamlar o saat ayaqların yerdən, cəmiyyətdən üzür. Biz Azad İstehsalçılar Birliyi olaraq böyük ümidlərlə gözləyirik ki, həmin insanların ayaqları yerə dəysin və kəndlilərin yanında olsunlar”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dünən prezident İlham Əliyevin Qida Təhlükəsizilik Agentliyinin səlahiyyətinin artırılması haqqında imzaladığı fərmanı PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər veridyimiz kimi dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqan kimi müəyyən edilib. Beləliklə də Qida Təhlükəsizilik Agentliyinin səlahiyyəti artırıldı. 

Agentlik ölkəmizdəki qidaların təhlükəzliyi tam təmin edə bilirmi və verilən bu səlahiyyətini də yetərincə yerinə yetirə biləcəkmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərin öyrənib.



Eyyub Hüseynov: "Kəndli öz işin görür, amma Qida Təhlükəsizliyi Agentliyinin bundan xəbəri yoxdur”.

İstənilən dövlət başçısının, istənilən dövlət orqanının çox yaxşı fikirlərinin, əsasnamələrinin ola biləcəyin qeyd edən Azad İstehlakçılar Birliyinin sədri əlavə edib ki, amma həmin fikirlər, əsasnamələr  ictimai dəstək tapmasa, onların hamısı xəyal olaraq qalar. Düşünürəm ki, bu günə kimi Qida Təhlükəsizliyi Agentliyi xəyala doğru gedir:

"Azad İstehsalçılar Birliyi çox böyük ümidlərlə Qida Təhlükəsizliyi Agentliyinə baxır. Ölkə prezidenti tərəfindən təsdiqlənmiş həmin agentliyin əsasnaməsi çox mükəmməldir. Qida Təhlükəsizliyi Agentliyinin yaranması Azad İstehsalçılar Birliyinin arzusu idi. Biz daim çalışırdıq ki, İqtisadiyyat Nazirliyi tərkibində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanı yaradılsın. Bu da yaradıldı və bizim arzularımız çin oldu. Biz Qida Təhlükəsizliyi Agentliyindən çox böyük nəticələr gözləyirik. Beynəlxalq İstehsalçılar Təşkilatının üzvü olaraq biz Azərbaycan mallarının xarici ölkələrdə satılmasının tərəfdarıyıq və 120 ölkədə bunun geniş lobbiçiliyin apara bilərik. 

Biz bütün bu məsələlərlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə təhlilər vermişik. Bizim 20 illik təcrübəmizdə Azərbaycan mallarının xarici bazara çıxarılmasında hansı ictimai rolu oynaya biləriksə, təmanasız olaraq Agentliyə köməklə bağlı təhlilər vermişəm. Lakin bu günə kimi heç bir reaksiya yoxdur və biznən heç bir dialoq girməyiblər. Demək istəyirəm ki, istənilən dövlət başçısının, istənilən dövlət orqanının çox yaxşı fikirləri, əsasnamələri ola bilər. Amma həmin fikirlər, əsasnamələr  ictimai dəstək tapmasa, onların hamısı xəyal olaraq qalar. Düşünürəm ki, bu günə kimi Qida Təhlükəsizliyi Agentliyi xəyala doğru gedir. Onlar kütləvi informasiya vasitələri ilə, ictimaiyyətlə sıx əlaqə yaratmalıdırlar ki, nəticələrə də nail olsunlar. 

Eyyub Hüseynov: "Sahibkarların canı rüşvət verib sertifakt almaqdan, yalançı ekspertizalardan qurtarır”.

Cənab prezident bu əsasnaməni təsdiq edəndə və yeni dəyişikliklər aparanda əlbbətdə ki, nəzərdə tutub ki, təhlükəsiz Azərbaycan malları xarici bazara çıxsın. Bu saat kəndli əkinlə məşğuldur, torpağa hidratlar verilir, bitkilər zəhərlənir. Bun görə də əkilən malların hamısı zəhərli, tərkibində gübrələr olacaq. Buna görə də mən Qida Təhlükəsizliyi Agentliyinə demişəm ki, siz indi kəndlinin yanında olasınız və gübrənin nə qədər verilməli olduğun onlara deməlisiniz. Çox təəssüf olsun ki, dövlət orqanına təyin olunmuş adamlar o saat ayaqların yerdən, cəmiyyətdən üzür. Biz Azad İstehsalçılar Birliyi olaraq böyük ümidlərlə gözləyirik ki, həmin insanların ayaqları yerə dəysin və kəndlilərin yanında olsunlar. 

Təsadüfü deyil ki, Azad İstehsalçılar Birliyi öz ictimai dəstəyin göstərmək üçün Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant almışıq. 15 apreldən də layihə həyata keçirilir. Layihə "Ölkə preizdentinin qida təhlükəsizliyinin təmin olunmasına dair çağrışlarına dəstək” adlanır. Biz rayonlarda treniqlər keçirdəcəyik, görüşlər edəcəyik ki, 5 aylıq layihə çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi üçün təşfiq edəcəyik. Bu barədə mən Qida Təhlükəsizliyi Agentliyinə də məlumat vermişəm. Lakin bu layihəyə də heç bir reaksiya yoxdur. Biz sözlə həm bizim, həm də cənab prezidentin Qida Təhlükəsizliyi Agentliyindən gözləntilərimiz çoxdur. Amma hələ ki, Agentlik bu gözləntiləri doğrultmur. 

Eyyub Hüseynov: "Azərbaycan mallarının xarici ölkələrdə satılmasının tərəfdarıyıq və 120 ölkədə bunun geniş lobbiçiliyin apara bilərik”.

Onu da qeyd edim ki, Azərbaycan mallarının xaricdə təmsil olunması işində dövlətdə çox əhəmiyyətli işlər görülüb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində  "Bir pəncərə” ixracın təşkil olunmasına dair ayrıca sektor fəaliyyət göstərir. Orada sahibkarların canı rüşvət verib sertifakt almaqdan, yalançı ekspertizalardan qurtarır və Azərbaycan mallarının xaricə çıxarılması üçün dövlətə dəstək verilir. Bu proses davam edir. Yaxşı olardı ki, Qida Təhlükəsizliyi Agentliyi "Bir pəncərə” sistemi ilə inteqrasiyada işləsin və keyfiyyətli Azərbaycan malları xaricdə təmsil olunsun. Bir daha qeyd edim ki, kəndli öz işin görür, amma Qida Təhlükəsizliyi Agentliyinin bundan xəbəri yoxdur. Mən qarpız, yemiş sezonunda onların işinin xüsusi monitorinqin aparacam”. 

Həmçinin qida təhlükəsizliyi sahəsində Baytarlıq Xidmətinin funksiyaları və bu funksiyalarla Agentlikliyin funksiyaları arasında parallelik yaradıb-yaratmaması ilə bağlı PİA.AZ-ın əməkdaşının sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Baytarlıq Xidmətinin funksiyaları Qida Təhlükəsizilik Agentliyinin funksiyaları arasında parallelik yoxdur:

Baytarlıq Xidmətinin funksiyaları Qida Təhlükəsizilik Agentliyinin funksiyalarıarasında parallelik yaratmır. Çünki Baytarlıq Xidməti kənd təsərrüfatı ilə məşğul olan adamların yanındadır. Onların ixaracla işləri yoxdur. Bu funksiyaların hamısı Agentlikdə birləşib və Agentliyin əsasnaməsi çox mükəmməldir. Yəni dediyim kimi, Agentliyin əsasnaməsində ictimaiyyətlə, kütləvi informasiya vasitələrlə iş nəzərdə tutulub. Amma bu əsasnamə layiqincə yerinə yetirilmir. Agentliyin əsasnaməsinin 5-8-ci bəndində qeyd olunur ki, burada kollegiya yaradılmalıdır. Kollegiyada mütəxəssislərlə bərabər, eləcə də ictimai təşkilatlar ola bilər. Mən bu barədə də Agentliyə təklif göndərmişəm. Lakin hələ də cavab verməyiblər”. 
 
(Mənbə:Pia.az)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook