Qırğızıstan TŞ katibi: "MDB hibrid müharibənin dağıdıcı amillərinin təsiri altındadır"
Noyabr 11
12:26
2023
"MDB məkanı hibrid müharibənin dağıdıcı amillərinin daimi təsiri altındadır".
Qaynarinfo xəbər verir ki, bunu Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin Bişkekdə keçirilən 11 iclası zamanı deyib.
Tədbirdə dünyada və MDB-də beynəlxalq təhlükəsizliyə çağırışlar və təhdidlər, hibrid təhlükələrin artması şəraitində MDB dövlətlərinin ictimai-siyasi sabitliyinin təmin edilməsi, MDB məkanında bioloji təhdidlərə qarşı mübarizə, o cümlədən sudan istifadə və birgə idarəçilik sahəsində əməkdaşlıq, su ehtiyatlarından istifadə və mühafizə məsələləri müzakirə edilib.
"Birlik məkanı müxtəlif hibrid müharibə alətlərindən qaynaqlanan dağıdıcı amillərin daimi və sistemli təsiri altındadır. Regionu zəiflətmək cəhdləri getdikcə güclənir. Bundan əlavə, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri və mütəşəkkil cinayətkarlıq kimi transmilli təhdidlər davam edir. Milli suverenliyin qorunması və sərhəd təhlükəsizliyinin təmin edilməsi MDB ölkələri üçün aktualdır", deyə İmankulov bildieib.
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi çıxışında münaqişələrə alternativ olaraq dövlətlərarası dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
İmankulovun sözlərinə görə, vəziyyəti tənzimləmək üçün qeyri-hərbi üsullar və diplomatik səylər üstünlük təşkil etməlidir, çünki ətrafda vəziyyət onsuz da kifayət qədər gərgindir və Birlik ölkələri mövqelərini müqayisə etmək və yaxın perspektiv üçün birgə addımlar barədə razılığa gəlmək üçün istənilən imkanları axtarmağa davam etməlidirlər.