SON XƏBƏR

Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir

Oktyabr 16
22:05 2017
Qırğızıstanın Talas vilayətinin mərkəzində ölkədə keçirilmiş prezident seçkilərində ikinci yeri tutmuş müxalifətçi namizəd Omurbek Babanovun tərəfdarlarının etiraz aksiyası keçirilir.
 
Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi İctimai təhlükəsizlik xidmətinin nümayəndəsi Nurlan İsmayılov məlumat verib.
 
"Təxminən, 300-400 nəfər Babanovun qərargahının qarşısındakı meydanda toplaşıb. Onlar seçkilərin nəticələrinin ləğv edilməsini tələb edirlər", - N.İsmayılov bildirib.
 
Nazirliyin nümayəndəsinin sözlərinə görə, aksiya dinc şəraitdə keçirilir, hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir.
 
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, dünən Qırğızıstanda keçirilmiş seçkilərdə səslərin 54 faizdən çoxunu toplayan ölkənin keçmiş baş naziri Sooronbay Jeenbekov liderlik edir. İkinci yerdə O.Babanov qərarlaşıb, o, 33%-dən çox səs toplayıb.("Report”)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook