SON XƏBƏR

Qırğızıstanda prezidentin əmisi oğlu saxlanıldı

İyul 17
15:36 2024
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (MTK) respublika prezidenti Sadır Japarovun qardaşı oğlu Ulanı saxlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan” yazıb.

Ulan Japarov prezidentin əmisi oğludur. Nəşrin məlumatına görə, həmin şəxs ağır cinayət törətməkdə ittiham olunur. O, zərərçəkmişlərə xüsusilə külli miqdarda maddi ziyan vurub.

Hadisənin detalları açıqlanmır.

Prezidentin qohumu ilk dəfə 2023-cü ilin iyununda gömrükdə korrupsiya sxemlərində iştirakda şübhəli bilinərək Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb. 4 aydan sonra ev dustaqlığına buraxılıb və iş məhkəməyə göndərilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook