Qırmızı darvazanın qara taleyi - Qızıl yatağında nələr baş verir?
Noyabr 27
10:44
2020
Artıq bir neçə saatdır ki, Ermənistan, Azərbaycan və Rusiya hərbçilərinin iştirakı ilə iki ölkənin dövlət sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası həyata keçirilir.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Gevork Altunyan deyib. "Bu sərhədlərdə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və dayaq məntəqələri yerləşəcək. Növbəti anlaşılmazlıqların və ya təxribatların qarşısını almaq üçün proses Rusiya tərəfinin iştirakı ilə, həmçinin xüsusi qurğuların, GPS-naviqatorların tətbiqi ilə aparılır", - deyə Altunyan bildirib.
Bildirək ki, Azərbaycan ordusu işğaldan azad edilmiş Kəlbəcər rayonunun "Soyüdlü" qızıl yatağı üzərində suverenliyini bərpa edir. 2006-cı ildən ermənilər burada qanunsuz qızıl çıxarırdılar.
Xəbər verildiyi kimi, işğalçı qoşunlar çıxmadan öncə erməni tərəfi Azərbaycan ərazisinin yataqdan beş kilometr dərinliyinə gedən yolda darvaza qoyub.
Dünən Azərbaycan hərbçiləri darvazanı sökərək yatağın ərazisinə daxil olublar və ermənilərdən oranı azad etməyi tələb ediblər.
"Novosti Armenii”nin məlumatına görə, 250-yə yaxın azərbaycanlı hərbi qulluqçu, o cümlədən yüksək rütbəli hərbçilər İsrail zirehli texnikasında mədən ərazisinə daxil olublar. Ərazidə 7 nəfər müddətli əsgər olub. Hərbçilər onlara deyib: "Bura bizim ərazimizdir, buranı tərk edin”.
Əsgərlər müxtəlif məsul şəxslərlə əlaqə qurmağa çalışıblar, amma heç kim onlara cavab verməyib. Mədənin müdiriyyəti məcburən azərbaycanlılarla danışıqlara getməli olub, amma nə barədə danışacağını bilməyib. Səlahiyyətli orqanlarla əlaqə yaratmaq cəhdləri heç bir nəticə verməyib.
Onlar böyük çətinliklə azərbaycanlıları razı sala biliblər ki, nə edəcəklərini anlamaq üçün onlara vaxt versinlər. Sonuncular razılaşıblar, amma sabah geri dönəcəklərini vəd ediblər. "Elə olsun ki, burada olmayasınız, yoxsa nə edəcəyimizi bilirsiniz", - onlar deyiblər.
Ermənistan parlamentinin deputatı Taqui Tovmasya Kəlbəcərlə sərhəddə Geqarkunik vilayətində yerləşən erməni ordusunun korpus komandiri ilə danışıb. Komandir bu məlumatı təsdiqləyib və bildirib ki, düşmən darvazanı Ermənistan ərazisinə yaxınlaşdırmaq istəyir. Deputat bunu rüsvayçılıq adlandırıb, - "Sputnik Armeniya” bildirir.
"Düzünü desəm, mən başa düşmürəm ki, bəyanatın (barışıq haqda – red.) ikinci və ya üçüncü tərəfi haradadır. Mənə, sadəcə, aydın deyil. Mən ordunu Geqarkunik sakinlərinin yanında olmağa və onların təhlükəsizliyini qorumağa çağırıram", - o deyib.
Lakin bundan sonra Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Azərbaycan hərbçilərinin qızıl mədəni ərazisinə girməsi və çalışanlardan ərazini tərk etməyi tələb etməsi barədə müxtəlif KİV-də yayılan informasiya həqiqətəuyğun deyil.
Yenisabah.az