Qısa müddətdə 234 minlik tenderləri udan Xoşbəxt Məmmədov kimdir? – Təfərrüat
İyul 28
16:06
2022
Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq Tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Gəncə Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi "CEŞMƏ-MM” MMC (VÖEN – 1405822961) olub.
Qeyd edək ki, Gəncə Dövlət Universiteti mətbəə və promo mallarının satınalınması məqsədilə 16.05.2022-ci il tarixində tender elan edib.
Tender müsabiqəsinin qalibi olan "CEŞMƏ-MM” MMC bu elandan təxminən 4 ay əvvəl – 25.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 50 min 800 manat ödəniləcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 16, m. 9-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğludur.
Maraqlı məqamlardan biri də odur ki, "CEŞMƏ-MM” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 15 gün sonra "Bakı Şəhər Dezinfeksiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən elan olunan tender müsabiqəsində (Kotirovka sorğusu) qalib olub.
Dezinfeksiya Mərkəzi mətbəə xidmətlərinin alınması məqsədilə 08.02.2022-ci il tarixində tender elan edib. Tenderin qalibi olan "CEŞMƏ-MM” MMC isə 25.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 47 min 995 manat ödənilib. Bu şirkət dövlət qeydiyyatına alındıqdan 3 ay sonra Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin də qalibi olub.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən qısa müddət əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tenderlə bağlı diqqət çəkən digər bir məqam isə odur ki, bu ilin yanvar ayının 24-də "CEŞMƏ-MM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Sahib Zeynalov, ev 16, m. 9) qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğlunun olduğu daha 4 şirkət yaradılıb.
"CEŞMƏ-MM” MMC-nin qanuni təmsilçisi olan Məmmədov Xoşbəxt Mirzə oğlu eyni zamanda "BRANKO” MMC (VÖEN – 1405821351), "STERRATO” MMC (VÖEN – 1405820841), "ENRIKE” MMC (VÖEN – 1405820971) və "ALFONS” MMC-lərin (VÖEN -1405821071) də rəhbəri olub.
Məmmədov Xoşbəxt Mirzə oğlunun rəhbərlik etdiyi "ALFONS” MMC Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi 23.02.2022-ci il tarixində kotirovka sorğusu elan edib. Tender müsabiqəsinin qalibi olan "ALFONS” MMC bu elandan təxminən bir ay əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 43 min 270 manat ödənilib.
Məmmədov Xoşbəxt Mirzə oğlunun rəhbərlik etdiyi "ENRIKE” MMC isə qeydiyyatdan keçdikdən təxminən bir ay sonra 5 nömrəli Uşaq Vərəm sanatoriyasına 38 min 570 manatlıq içməli su satıb.
Rəqəmlərdən də göründüyü kimi Məmmədov Xoşbəxt Mirzə oğlunun rəhbərlik etdiyi 4 şirkət qeydiyyata alındıqdan qısa müddət sonra 233 min 917 manatlıq 6 tender müsabiqəsinin qalibi olublar.

Məmmədov Xoşbəxt Mirzə oğlunun rəhbərlik etdiyi daha bir şirkət – "BRANKO” MMC isə "Bakı Şəhər Dezinfeksiya Mərkəzi”nin aprel ayında tender müsabiqəsində qalibi olub. Qalib şirkətə 46 min 904 manat 60 qəpik ödənilib.
Rəqəmlərdən də göründüyü kimi Məmmədov Xoşbəxt Mirzə oğlunun rəhbərlik etdiyi 4 şirkət qeydiyyata alındıqdan qısa müddət sonra 233 min 917 manatlıq 6 tender müsabiqəsinin qalibi olublar.
Onu da qeyd edək ki, bu şirkətlər qısa müddət əvvəl yaranıb 234 min manatlıq tender udsalar da vergi borclarını vaxtında ödəmirlər. Açıqlanan rəsmi məlumatlara görə, hazırda "CEŞMƏ-MM” MMC-nin 227,8 manat, "BRANKO” MMC-nin 222,8 manat, "ENRIKE” MMC-nin 66,1 manat, "ALFONS” MMC-nin 232,1 manat, "STERRATO” MMC-nin isə 178,7 manat vergi borcu var.
Qlobal.az