Qızıl kurqanlarında gizli qazıntı apardığı iddia olunan iş adamının şirkəti Kəlbəcərdə sökünti aparacaq
Dekabr 15
18:05
2023
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
AzFakt.com xəbər verir ki, Fondun 2023-cü ilin dekabr ayının 11-də "Kəlbəcər rayonunun 855 ailəlik (birinci mərhələdə -547 ailəlik) Zar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri" lotu üzrə keçirdiyi satınalmanın məbləği 353.581 manat təşkil edib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu eyni gündə daha bir satınalmaya yekun vurub. "Kəlbəcər rayonu 421 ailəlik (birinci mərhələdə -218 ailəlik) Yanşaq kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri" lotu üzrə keçirilən satınalmanın məbləği 900.050 manat olub.
Fond hər iki satınalmada "AMAZONE" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: 1402350191) qalib elan edib.
"AMAZONE" MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna yad təşkilat deyil. Fond ilə şirkət arasında bundan əvvəl daha bir satınalma müqaviləsi imzalanıb. Bir həftə öncə - 2023-cü ilin dekabr ayının 6-da Fondun "Kəlbəcər rayonu 421 ailəlik (birinci mərhələdə -218 ailəlik) Yanşaq kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri" lotu üzrə keçiridyi smetası 189.702 manat olan satınalmada da "AMAZONE" MMC qalib elan edilib.
"AMAZONE" Məhdud Məsuliyyətli Cəmiyyəti 2012-ci ilin oktyabr ayının 4-də təsis edilib. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Həsən Əliyev ev 82 "c" ünvanıdır. Şirkətin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur.
"AMAZONE" Məhdud Məsuliyyətli Cəmiyyəti 2012-ci ildə qeydiyyata alınarkən qanuni təmsilçisi Məmmədov Anar İlyaz oğlu olub.
Hazırda Milli Məclisin 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputatı olan Anar Məmmədov ölkənin qalmaqallı tikinti maqnatlarından olan Qulam Ələkbərovun kürəkənidir.
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovla yaxın dostluq və ortaqlıq münasibətləri olan Qulam Ələkbərovun nəzarətindəki çoxsaylı tikinti şirkətləri vaxtilə ölkədə ən böyük tikinti işlərini görüb.
"AMAZONE" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qulam Ələkbərova aid olduğu bildirilir.
Qlobal.az

Xatırladaq ki, Qulam Ələkbərovun adı 2016-cı ildə ölkə mediasının gündəminə gəlmişdi. O vaxt mediada yayılan məlumatlarda Qulam Ələkbərovun qardaşı Goranboy Yol İdarəsinin rəis müavini Misir Ələkbərovun rayonunun Tapqaraqoyunlu kəndində "Qızıl kurqan" deyilən ərazidə qanunsuz qazıntı işləri apardığı, buna görə də Dövlət Təhlükəsizlik Xidmətinin ərazidə əməliyyat keçirdiyi bildirilirdi.
Mediada tirajlanan yazılarda o zaman qızıl kurqanında aparılan qazıntının arxasında Ziya Məmmədovla Qulam Ələkbərovun dayandığı iddia edilirdi.