SON XƏBƏR

Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub

Dekabr 27
14:33 2015
Fəhlələrdən işin niyə ləng getdiyinin səbəbini soruşanda isə deyirlər ki, maaşlarını ala bilmirlər. Badamdar qəsəbə sakinləri «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovdan və onun qardaşı Məhəmməd Hüseynovdan şikayətçidirlər.
 
BTV-yə müraciət edən sakinlər bildirirlər ki, Məhəmməd Hüseynov tabeliyində olan işçilərin əmək haqlarını ödəmir və bunun cəzanı qəsəbə əhli çəkir. Belə ki, Badamdarda su və kanalizasiya xətlərinin yenilənməsi səbəbi ilə «Azərsu»nun işçiləri bir aydan artıqdır ki, qəsəbədə bütün yolları qazıblar. Lakin ortada heç bir iş yoxdur. Fəhlələrdən işin niyə ləng getdiyinin səbəbini soruşanda isə deyirlər ki, maaşlarını ala bilmirlər. Buna görə də işə həvəssiz yanaşırlar. Bu yerdə nə fəhləni, nə də qəsəbə sakinini günahkar hesab etmək olmaz. Hər kəs öz haqqı olanı tələb edir.
 
Sakinlərə yol, fəhlələrə isə zəhmətinin qarşılığını almaq lazımdır. Görünür, Qorxmaz Hüseynovun başı öz şəxsi biznesinə qarışıb və səbəbdəndir ki, qardaşının bu əməllərinə göz yumur. Əks halda Badamdar sakinləri ilə fəhlələr üz-üzə qalmazdı. Qəsəbə əhli təmirli yoluna qovuşardı, fəhlə də öz zəhmət haqqına.
 
(TIA)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook