Qubad İbadoğlu: “Gerçək inflyasiya rəsmi göstəricidən dəfələrlə çoxdur”
May 19
18:52
2016
İqtisadçı-alim Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin ölkənin yanvar-aprel ayları dövründəki iqtisadi göstəriciləri ilə bağlı hesabatını şərh edib. Musavat.com tanınmış iqtisadçının statusunu oxucularına təqdim edir:
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu dövrdə qeyri-neft ÜDM-nin daha çox 6,8 faiz aşağı düşməsi qeydə alınıb. Bu ilin ilk 4 ayında əhalinin hər nəfərinə düşən ÜDM-ə gəlincə o 5,6 faiz azalıb. ÜDM-in azalmasının əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının davamlı olaraq aşağı düşməsi olub. Belə ki, yaradılmış əlavə dəyərin, 8,7 faizinə malik olan tikinti bölməsində əsas kapitala yönəldilmiş vəsaitlər 31,1 faiz, o cümlədən tikinti-quraşdırma işləri 35,5 faiz azalıb.
DSK-nın digər məlumatına görə, bu ilin ilk 4 ayında dövlət büdcəsinin gəlirləri 4,7 milyard manat, xərcləri isə 4 milyard manat təşkil edib. Beləliklə, proqnoza nisbətən gəlirlərin 88, xərclərin 64,9 faiz icrasının nəticəsi olaraq büdcədə 713 milyon manatlıq profisit (artıqlıq) yaranıb. Hazırda iqtisadiyyatın sərmaə qıtlığı dövrünü yaşadığı dövrdə büdcənin proqnozlaşdırılmış xərclərinin hər 3 manatından 1-nin xərclənməsi, 713 milyon manat vəsaitin təyinatı üzrə istifadə olunmaması hazırda ÜDM-in aşağı düşməsini şərtləndirən digər amillərdən hesab oluna bilər.
Son 4 ayda pərakəndə ticarət dövriyyəsi, əhaliyə göstərilən ödənişli xidmətlərdə artım səviyyəsi rəsmi inflyasiya dərəcəsindən 4-5 dəfə aşağı olub. Baxmayaraq ki, DSK-nın açıqladığı məlumata görə inflyasiya 10,5 faiz olub. Halbuku xüsusilə də ərzaq məhsullarının qiymətləri üzərində müşahidələr göstərir ki, son aylar qeydə alınan gerçək inflyasiya rəsmi inflyasiya göstəricisindən dəfələrlə çoxdur.
Dövr ərzində diqqət çəkən məqamlardan biri də qeyri-neft ixracatının kəskin azalmasıdır. Belə ki, bu ilin ilk 3 ayında qeyri-neft ixracatı 44,5 faiz azalaraq, cəmisi 244,8 milyon dollara bərabər olub. Bu isə aylıq 81,5 milyon dollarlıq idxal deməkdir.
Göründüyü kimi, 2016-cı ilin yanvar-aprel aylarında milli iqtisadiyyatda xüsusilə də vacib olan qeydi-neft sektorunda ciddi geriləmələr qeydə alınıb. Bu geriləmə həm də qeyri-neft ixracatını əhəmiyyətli dərəcədə azaldıb. Bu isə milli iqtisadiyyatın şaxələnməsi, ixracatın stimullaşdırılması ilə bağlı pozitiv dəyişikliklərlə bağlı deyilənləri təkzib edir. Gerçəklik budur, acı olsa da. Bütün ölkə üzrə gündəlik 2,72 milyon dollarlıq qeyri-neft ixracatı deməkdir.

Qlobal.az