SON XƏBƏR

Qubad İbadoğlu Mikayıl Cabbarova təkilf göndərdi

Aprel 02
12:46 2020
" İqtisadiyyat Nazirliyinə təklif edirəm ki, Vergi Məcəlləsinin 106.1.18. maddəsində dəyişiklik təşəbbüsü ilə Milli Məclis qarşısında çıxış etsin". 

Qaynarinfo xəbər verir ki, bu sözlər iqtisadçı ekspert Qubad İbadoğlunun İqtisadiyyat naziri Mikayıl Cabbarova ünvanladığı təklifdə yer alıb. O bildirib ki, bu maddənin vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin yarımcümləsində 10 faiz məhdudiyyəti aradan qaldırılsın:

"Çünki belə dəyişiklik hazırkı şəraitdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna özəl bölmədən əlavə vəsaitlərin cəlb edilməsinə stimul verər.

Vergi Məcəlləsinin hazırkı redaksiyasında 106.1.18. maddəsi belə təsbit olunub: "...paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə...” Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir".




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook