Qubad İbadoğlu Neft Fondunu nümunə göstərir: "Fondun aktivləri 2,3 milyard dollara qədər artıb"
Oktyabr 13
12:14
2016
İqtisadçı ekspert Qubad İbadoğlu Dövlət Neft Fondunun 9 aylıq gəlir-çıxarı barədə hesabatına münasibət bildirib.
Fond bəyan edib ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 6 milyard 618,6 milyon manat, büdcə xərcləri 3 milyard 823,1 milyon manat təşkil edib. Oktyabrın 1-nə Dövlət Neft Fondunun aktivləri 2016-cı ilin əvvəlinə nisbətən 6,7% artaraq 35 milyard 822,1 milyon ABŞ dollarına çatıb.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, Dövlət Neft Fondunun 9 aylıq fəaliyyətində müsbət tendensiyalar çoxalıb. Ekspertin fikrincə, fondun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin kəskin azalması təqdirəlayiqdir: "Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair yaydığı məlumatların təhlili göstərir ki, hesabat dövrü ərzində fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 2,6 milyard manat olub. Bununla yanaşı il ərzində fondun aktivləri 2,3 milyard dollara qədər artıb. Hazırda bu aktivlər 12 növ müxtəlif valyutalardan ibarət səbətdə saxlanır. Fondun aktivlərinin 68,6 faizi inkişaf etmiş ölkələrdə, 28,8 faizi inkişaf etməkdə olan ölkələrdə, 2,6 faizi isə beynəlxalq maliyyə institutlarında yerləşdirilib.
Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı göstərir ki, vəsaitlərin 41,6 faizi Avropada, 27,3 faizi Asiyada, 24,1 faizi ABŞ-da, 3,9 faizi Avstraliyada, 0,5 faizi isə digər bölgələrdədir. Bu vəsaitlərin 36,1 faizi 1 ilə qədər olan müddətə, 20,7 faizi müddətsiz olaraq səhmlərə, qızıla və əmlaka, 19,2 faizi 1 ildən 3 ilə qədər, 14,5 faizi 3 ildən 5 ilə qədər, 9,2 faizi 5 ildən çox müddətə yerləşdirilib. Fondun vəsaitlərinin 79,3 faizi çox aşağı faizlə (1 faizə qədər) sabit gəlirli istiqrazlara və pul bazarı alətlərinə, 11,6 faizi səhmlərə, 5,3 faizi əmlaka, 3,8 faizi qızıla investisiya olunub.
2016-cı ilin 9 ayında fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 milyon manat təşkil edib, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə manat ifadəsi ilə 15 dəfəyədək, dollar ifadəsi ilə 10 dəfəyədək çoxdur.
Fondun büdcəsinin xərclər hissəsində rasionallaşma da müşahidə olunub. Ötən ilin 9 ayında dövlət büdcəsinə 5,65 milyard manat transfert edilmişdi, bu ilin eyni dövründə dövlət büdcəsinə cəmi 3,26 milyon manat vəsait köçürülüb. Bu göstərici ötən illə müqayisədə 42,3 faiz azdır və bu il üzrə proqnozun 47,2 faizini təşkil edir.
Fondun büdcəsinin icrasında diqqəti çəkən müsbət məqamlardan biri də ötən ilin eyni dövrü ilə müqayisədə qurumun idarə edilməsi xərclərinin 20,2 milyon manatdan 11,9 milyon manata qədər azaldılmasıdır.
Dövlət Neft Fondu hazırkı çətin makroiqtisadi və maliyyə durumunda xeyli müsbət nəticələr əldə edib. Onun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin, xüsusilə də idarəetmə xərclərinin kəskin azalması menecmentinin düzgün qurulduğunu və məsrəflərinin rasionallaşdırıldığını göstərir və digər büdcə təşkilatları üçün nümunə kimi təqdim edilməlidir”.
Qlobal.az