"Qubad İbadoğlu yanvarda müavinlik institutunu buraxıb, müavini yoxdur" - ADRP
İyul 17
15:26
2023
"Mən onun istefasına təssüflənirəm. Siyasi təşkilatlarda insanlar siyasi-ideoloji hüquqlar uğrunda mübarizədə mövqelərini ifadə etmək üçün bir araya gəlirlər. Görünür Əlövsət bəyin bizimlə uzlaşması da bura kimiymiş”.
Bunu Qaynarinfo-ya açıqlamasında ADRP-ın İdarə Heyətinin üzvü Ədalət Yusif Əlövsət Talışxanlının istefasından danışarkən deyib.
Onun sözlərinə görə, Əlövsət Talışxanlı ilə aralarında bir ildən yuxarıdır ki, fikir ayrılığı yaranıb:
"Bu fikir ayrılığı konkret olaraq ADRP-ın siyasi kursuna söykənirdi. O, konkret mövqe nümayiş etdirdi və istefa verdi, yolu açıq olsun”.
Ədalət Yusif bildirib ki, əvvəlki istefa verənlərdən fərqli olaraq Əlövsət bəy ADR Hərəkatı və partiyasının həmtəçisçilərindən biri, eyni zamanda partiyanın idarə heyətində olub.
"Tam yalnış olaraq, özünü müavin kimi təqdim edib. Bütün ictimaiyyətə bəllidir ki, Qubad ibadoğlu yanvar ayında bütün müavinlik institutunu buraxıb, belə olan halda özünü onun müavini adlandırması düzgün deyil”, deyə Ədalət Yusif bildirib.
Qeyd edək ki, Qubad İbadoğlunun rəhbərlik etdiyi ADRH Partiyasında istefalar davam edir. Bu dəfə partiyanın həmtəsisçilərindən biri olan Əlövsət Talışxanlı istefa verib.