Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək
İyun 25
13:13
2024
Azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun oğlu Emin Bayramlı erməni lobbisinin ən böyük siyasi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) iclasında çıxış etməyə hazırlaşır.
Caliber.Az-ın əldə etdiyi məlumata görə, Emin Bayramlı ilə bərabər iclasda özlərini separatçıların "ombudsmanı" elan etmiş Qeqam Stepanyan və qondarma rejimin "hüquqların müdafiəçisi komitəsinin rəhbəri" Karnik Kerqanyanla iştirak edəcəklər.
Qeyd edək ki, məhkəmə bu ilin aprel ayının 22-də Q.İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib.
Amerika Erməniləri Milli Komitəsinin tədbirdə Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə ediləcək.
Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.
Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.