SON XƏBƏR

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Aprel 18
19:46 2024
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.

Bu barədə Report-a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.

Məlumata əsasən, müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonra toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook