SON XƏBƏR

Qulu Məhərrəmli: "Orfoqrafiya lüğəti layihəsinin üç maddəsində problemlər var"

Fevral 06
15:30 2018
"Orfoqrafiya lüğəti layihəsində əks olunan qaydaların 90 faizi çox faydalıdır. Üç maddədə isə müəyyən problemlər var".

"Report" xəbər verir ki, bunu filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli "Azərbaycan Dil Qurumu" İctimai Birliyinin Orfoqrafiya lüğəti lahiyəsinin müzakirəsi ilə bağlı keçidiyi tədbirdə deyib.

O bildirib ki, layihənin 37-ci qaydası ümumiyyətlə qaydaların ruhuna ziddir: "Y" hərfinin ixtisarında bir məntiq olmalıdır. Niyə məhz "y" hərfi, onda qoşa "s"dan da birini ixtisar edək. 37-ci qayda gələcək üçün təhlükədir. Biz başqa dillərə əsaslanmalı deyilik. Hər dilin öz qaydası var. Bizim dildə isə "y" hərfinin ixtisar etmək ehtiyac yoxdur".

Q.Məhərrəmlinin sözlərinə görə, dilin yazılış qaydasının danışığa uyğunlaşdırılması dili bəsitliyə aparacaq: "Qeyd etdiyim iki qaydada avtoritar yanaşma var".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook