Qurban Qurbanov: "Bura kimi gəlmişiksə, deməli, gücümüz var"
Avqust 02
18:43
2022
"Yaxşı komandaya qarşı oynayacağıq. Stanislav Çerçesov təcrübəli baş məşqçidir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Ona görə də çox diqqətli olmalıyıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçularımızın üstünə böyük iş düşəcək. İnanıram ki, bacaracaqlar".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis son günlərdə mətbuatdan uzaq olmağa çalışdığını bildirib: "Gördüm ki, Çerçesovla mənim haqqımda çox fikirlər səsləndirilir. Bəlkə də maraqlı qarşılaşmadır. Məndə hər hansı həyəcan yoxdur. Əksinə, yaxşı komandalara qarşı oynamaq mənim üçün yaxşı olur. Həm təcrübəmi, həm də potensialımı artırmaq baxımından önəmlidir. Bu, gələcək düşüncələrimiz üçün də maraqlı qarşılaşma olacaq".
O, Azərbaycan Premyer Liqasının ilk turunda "Səbail"ə qarşı keçirəcəkləri matçın təxirə salınması üçün PFL-ə müraciət etmədiklərini söyləyib: "AFFA-dan bununla bağlı maraqlandılar. Amma ehtiyac olmadığını bildirdik. Çünki bəzi futbolçularımıza da şans vermək istəyirik. Bəli, itkilərimiz var, amma futbol mübarizə tələb edir. Çempionlar Liqasının adı daha böyükdür. Burada çox enerji itirirsən. Hələ ki, oyunumuzu təxirə salmaq fikrimiz yoxdur".
Qurbanovun sözlərinə görə, "Ferentsvaroş" bu mərhələyə gəlib çatıbsa, deməli, daha yaxşı formadadır: "Amma bu raundu keçən tərəf daha yaxşı vəziyyətdə olacaq. Burada ölkələrin çempionları oynayır. Macarıstan çempionatı bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmalıyıq. Çox balanslı komandaya qarşı oynayacağıq. Keyfiyyətli futbolçulardan ibarət kollektivdir. Biz də bura kimi gəlmişiksə, deməli, gücümüz var. Layiqli mübarizə aparmağa çalışacağıq".
Təcrübəli mütəxəssis bu mərhələdən etibarən VAR sistemindən istifadə olunmasına da münasibət bildirib: "Bizim üçün oyunda bir neçə element varsa, onlara əməl etməyə çalışırıq. VAR sisteminin olması, əlavə üstünlükdür. Belədə heç nə gözdən qaçmır. Hər epizodda oyunçularım daha diqqətli olmalıdırlar. Bu, futbolçular üçün ilk oyundan əlavə yükləmə olacaq. Amma getdikcə daha çox faydası dəyəcək. Sabah kim layiqdirsə, o da qalib gəlsin. İnanıram ki, oyunda ədalətli qərarlar veriləcək. Hətta bəzən VAR sistemində də fikirlər üst-üstə düşmür. Maraqlı olacaq. Bu da futbolun əlavələrindən biridir. Vaxt ötdükcə yeniliklər olur. İnanırıq ki, ədalət öz yerini tapacaq".
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.