SON XƏBƏR

Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar vermək istədim"

Fevral 25
02:13 2022
"Əsl azərbaycanlı kimi qərar vermək istədim".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi feyr-pley jesti barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bu qərarının hələ çox müzakirə olunacağını bildirib: "Amma mən özüm bunu müzakirə etmək istəmirəm. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur".

Qurbanovun sözlərinə görə, bu mövzuda çox fikir bildirmək çətindir: "Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır".






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook