SON XƏBƏR

Qurban Qurbanov Xabi Alonsoya Qarabağ xalçası hədiyyə edib

Yanvar 25
00:19 2024
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada Bundesliqanın lideri "Bayer”in düşərgəsində səfərdədir.

Futbol klubundan verilən məlumata görə, Qurban Qurbanov Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib.

O, "Bayer”in baş məşqçisi Xabi Alonso ilə də görüşüb.

"Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. "Bayer”in oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi. Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”, - deyə "Qarabağ”ın baş məşqçisi bildirib.

Qurbanov Almaniya səfərinin ilk gününü faydalı hesab edib: "Bayer”in bugünkü məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook