SON XƏBƏR

Qurban Yetirmişli: "İranda baş verən zəlzələ Azərbaycanın cənub rayonlarında zəif hiss olunub"

Yanvar 12
11:42 2016
"Zəlzələ İran-Azərbaycan sərhədində, İran ərazisində qeydə alınıb. Azərbaycan ərazisində Lənkəran, Lerik, Cəlilabad və Yardımlı rayonlarında hiss olunub”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Q. Yetirmişlinin sözlərinə görə, zəlzələ 3 bala qədər qeydə alınıb: "Dalğa bizim ərazimizə çox zəif çatıb. Biz yeraltı təkanları üç bala qədər qiymətləndirdik. Ciddi zəlzələ deyil ki, hər hansı tədqiqatlar aparılsın, xəritə qurulsun. Hiss olunan zəif təkanlardır”.
Q. Yetirmişli əlavə edib ki, təkanların Dağlıq Qarabağ ərazisində də hiss olunması mümkündür. O, zəlzələnin episentrinin Azərbaycanda olduğu barədə Ermənistan mətbuatının yaydığı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook