Qurbanov: "Bu yaşda futbolçu elə səhvə yol verməməlidir"
Mart 04
14:00
2024
Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi” və "Qarabağ” arasında növbəti derbi baş tutdu. Həmişə olduğu kimi gərginliyi ilə yadda qalan görüşdə bu dəfə də "Qarabağ” qələbə qazandı. Qurban Qurbanovun komandasının 4:1 hesablı üstünlüyü ilə bitən matçda Bakı təmsilçisi özünü yenə yaxşı tərəfdən göstərə bilmədi.
"Neftçi”nin sabiq futbolçusu, klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov matçla bağlı Qaynarinfo-ya düşüncələrini bölüşüb. O, futbolçulardan belə oyun və səhvlər gözləmədiyini deyib:
"Oynadılar, sadəcə iki səhvə görə qollar buraxdılar. Futbolçuya yaraşmayan səhvlər idi. Hücumda "Qarabağ”ın qapısında oturmuşdular, əks-hücumda isə səhvə yol verdilər. Başqa söz deyə bilmərəm, bu, futbolun qanunudur. Vurmadınsa, sənə qol vuracaqlar”.
Qurbanov baş məşqçi dəyişikliyindən sonra ciddi irəliləyişlər olmadığını da söyləyib:
"Xeyr, həmin uşaqlardır. Vuruşdular, sadəcə səhv ucbatından qol buraxdılar. Elə futbolçular o səhvlərə yol verməməlidir. Baxırsan ki, hər nöqtədə vuruşurlar, işləyirlər. "Qarabağ” kimi komandanı öz qapılarına oturzdurmuşdular. Adi səhvlər buraxdılar. Bu yaşda futbolçu elə səhvə yol verməməlidir. Ələləxsus da "Qarabağ” kimi komandaya qarşı. Neçə illərdir futbola baxırıq. O səhvlər olmasaydı, hər şeyi fərqli görə bilərdik”.
Maraqlıdır, Qurbanov baş məşqçi olsaydı, həmin səhvlərə görə futbolçulara sərt cəzalar verərdi?
"Xeyr, bir səhvə görə belə etməzdim. O qədər səhvlər olur ki. Lakin futbolçu da başa düşməlidir ki, belə səhvə yol vermək olmaz. "Qarabağ”ın heyətində cəld futbolçular var, görürsən ki, hər yerdən çıxırlar”.
Azarkeşlərin son vaxtlar "Neftçi”yə təzyiqləri artdığı hiss olunur. Veteran futbolçu bunun normal olduğunu düşünür:
"Azarkeş "Neftçi”dən yaxşı futbol, onun irəli getməsini istəyir. Ona görə də dəstəkləyirlər. Yəqin ki, belə getməyəcək, nəticə çıxaracaqlar”.
Qurbanov komandada nəyin gücləndirilməsinin vacib olduğuna dair sualı belə cavablandırıb:
"Yarımmüdafiənin mərkəzinə bir-iki yaxşı, sanballı, meydanın hər tərəfini görə bilən futbolçu alınmalıdır”.