Qusar Dövlət Ləzgi Dram Teatrı “Sədəf”i tamaşaçılara təqdim edib
Mart 04
21:07
2016
Qusar Dövlət Ləzgi Dram Teatrında azsaylı xalqların adət-ənənələrindən bəhs edən yeni səhnə əsəri tamaşaçılara təqdim olunub.
AZƏRTAC xəbər verir ki, teatrda yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan "Sədəf” adlı tamaşanın premyerası keçirilib. Tamaşada ucqar dağ kəndində yaşayan iki gəncin sevgisi və yerli toy adət-ənənələrindən bəhs olunur. Əsərin səhnələşdirilməsində 50 nəfərlik aktyor heyəti iştirak edir.
Səhnə əsəri Qusar şəhər Mədəniyyət Mərkəzində nümayiş etdirilib. Əvvəlcə tamaşaçılar şimal bölgəsində yaşayan azsaylı xalqlara aid mədəniyyət nümunələrinin sərgisi ilə tanış olublar.
Teatrın bədii rəhbəri, həmçinin tamaşanın quruluşçu rejissoru Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, tamaşa Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar repertuara salınıb.
Teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.
Qlobal.az