“Rabitəbank”da nə baş verir? – Kartlarla bağlı problem var
Oktyabr 28
20:58
2024
Son 9 ayda əmanətçilərinin önəmli hissəsini itirən "Rabitəbank” vəziyyətdən çıxmaq üçün müştərilərinin kart hesablarına məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə son günlər bir neçə bank müştərisi məlumat verib.
Məsələ ondan ibarətdir ki, "Rabitəbank” kart-mane və debit kartı olan müştərilərinin ödənişlər etməsinə bəlli olmayan səbəbdən məhdudiyyətlər qoyur. Belə ki, bankın müştərisi ƏDV yükləyə bilmir, köçürmələrdə ciddi sıxıntılar çəkir, habelə digər ödənişlər məsələsində sıxıntılarla üzləşir. Şikayətçilər deyir ki, sentyabra qədər vəziyyət belə deyildi. Onlar qeyd edirlər ki, bankdan lazım olan açıqlamanı da ala bilmirlər. 133 Çağrı Mərkəzinə zəng etmək üçün bir ayrı əziyyətdir. Çünki cavab vermirlər.