SON XƏBƏR

Ramil Quliyev: "Azərbaycan mənim üçün Türkiyədən pul istəmədi"

İyul 17
12:36 2017
Türkiyə millisində çıxış edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək dünya çempionatında yalnız 200 metr məsafəyə qaçacaq.
 
"Report"un məlumatına görə, bu barədə 27 yaşlı idmançı sports.ru-ya müsahibəsində bildirib.
 
Quliyev deyib ki, bu məsafədə medal şansı daha çoxdur: "Dünya çempionatı və olimpiadaların medalları istənilən halda böyük əhəmiyyətə malikdir. Rekord nə vaxtsa yenilənir, mükafatlar isə həmişə səninlədir. Mənim 200 metr məsafəyə yaxşı qaçış təcrübəm var".
 
Bakıda doğulmuş Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib. Azərbaycan Atletika Federasiyası Avropanın gənclər arasında rekordçusunu qoruya bilməsə də, 3 illik karantində saxlamağa müvəffəq olub. Nəticədə atlet 2012-ci il London Yay Olimpiya Oyunlarından kənarda qalıb. Azərbaycanlı idmançı vətəndaşlığını dəyişmə səbəbini belə izah edib: "Federasiya ümumiyyətlə kömək etmirdi. Nə təqaüd verirdi, nə də məşqlərə dəstək olurdu. Prinsipcə, yenə eyni vəziyyətdir. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında və 2009-cu il dünya çempionatında Azərbaycanı təmsil etdim. Hazırlığımız əsasən öz həvəsimizə əsaslanırdı. Qışda soyuq manejdə, yayda pis örtüklü stadionda məşq edirdik. Əlbəttə, çalışır, işləyirdim. Onsuz da başqa variantım yox idi. Həmin vaxt şəraitlə barışmaq mümkün idi. 18-19 yaşın var, sadəcə, şəraiti fikirləşmədən məşq edirsən. İndi isə belə şey qəbuledilməzdir. Mən pul, şərait istəyirdim. Lakin federasiya bunu qəbul etmirdi. 2010-cu ildə Azərbaycan vətəndaşı kimi Türkiyənin "Fənərbağça" klubu ilə müqavilə bağladım. Əlaqələrimizi işə saldıq. Bu keçiddə mənə Türkiyədə qalan Azərbaycandan olan keçmiş idmançılardan biri kömək etdi".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook