SON XƏBƏR

Ramil Şeydayev Türkiyədə 200 min avro itirdi

İyun 18
13:44 2024
Almaniyanın tanınmış "Transfermarkt” portalı Türkiyə Birinci Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib.

Hazırda Birinci Liqanın ən dəyərli azərbaycanlı futbolçusu millimizin və "Kocaelispor”un hücumçusu Ramil Şeydayevdir.

Onun hazırkı qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq onun transfer dəyərində 200 min avro azalma müşahidə edilib.

Millimizin digər üzvü, "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalıb və 650 min avro kimi (təxminən 1,18 milyon manat) qiymətləndirilir.//Publika.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook