SON XƏBƏR

Ramil Şeydayevə 8 oyunluq cəza verildi

Dekabr 11
12:13 2023
Tailandın "Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin "Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra dava-dalaşda iştirak etməsi olub.

Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib. Həmçinin onun iki komanda yoldaşı 6 matçlıq cəza alıb.

Qeyd edək ki, "Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook