Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyev daha bir uğur qazanıb.
Qaynarinfo xəbər verir ki, həmyerlimiz Minskdə keçirilən Avropa və Amerika yığmaları arasında yarışda ilk sırada qərarlaşıb.
R.Quliyev 200 m məsafəni 20,16 saniyəyə qət edərək rəqiblərini geridə qoyub.