SON XƏBƏR

Ramin Əzizov dopinqə görə cəza aldı

Avqust 13
14:40 2020
Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub.

İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook