Ramin Hacılı: “Əli Həsənov mənə casusluq təklif etdi”
Dekabr 22
13:03
2020
"Əli Həsənovdan ən çox zərərçəkmişlərdən biri mən olmuşam. O zaman o, mənə bir çoxlarına təklif etdiyi kimi, mətbuatda casusu olmağa çağırmışdı. Mən buna razılıq verməyəndə isə, məni şərləməyə, "vurmağa” başladı. Əli Həsənov bütün işlərimin dağılmasında, şərlənib həbs edilməyimdə birbaşa rol oynayan adamdır”.
Bu sözləri siyasi aktivist Ramin Hacılı Bizim.Media-ya danışarkən deyib.
R.Hacılı vaxtı ikən Əli Həsənovdan təzyiqlərə məruz qaldığını deyib. Onun sözlərinə görə, hakimiyyətdən sui-istifadə edən məmurların özbaşınalığı hazırkı cəmiyyətdə ən çox gənclərə təsir edir.
"Əli Həsənov vaxtı ilə söz demək, yaratmaq haqqına da sahib çıxmışdı. Bir zamanlar o, media qurumlarının boz kardinalı idi. Mətbuat hələ də özünə gələ bilmir, bu sahədə də təmizlənməyə ciddi ehtiyac var. Hər bir sahədə islahatlar gedir, mətbuatda da tədricən bu proses getməlidir. Çünki Əli Həsənovun və ya Ramiz Mehdiyevin qoyduğu kadrlar hələ də cəmiyyəti zəhərləməyə davam edirlər. Çünki həmin o məmurlar hələ də dövlət qurumlarında çalışırlar. Bu gün də onlar tərəfindən müxtəlif təxribatlar törədilir”,- deyə o vurğulayıb.
İctimai fəal son zamanlar ölkədə gedən kadr islahatlarından və ciddi reformalardan da danışıb.
"Həmin o çıxarılan, tutulan məmurlar ciddi şəkildə cəzalanırlar. Həbs olunanlar arasında icra başçıları da var, nazirlikdə çalışan məmurlar da. Bəzi məmurlar kimlərəsə arxalanıb min hoqqadan çıxırlar, ancaq bilmirlər ki, heç kəs heç nədən sığortalanmayıb. Sən axı, kiməsə güvənib niyə qanun pozursan ki, sabah səni tutsunlar? Artıq o dövr bitib. Heç kim dövlət büdcəsinə əl uzada bilməz. Bu o biri məmurlara mesaj olmalıdır. Ancaq bu həbslər də yeganə çıxış yolu deyil. İctimai qınaq olmalıdır ki, bundan kimlərsə özü üçün dərs götürsün. Obyektiv mətbuat inkişaf etməlidir ki, sabah məmur əyri addım atmağa qorxsun. Düşünsün ki, məsələ ictimailəşsə, ciddi araşdırma aparılıb, cəzasını alacaq”.
Sonda o, müasir gənclikdən də söhbət açıb. R.Hacılının sözlərinə görə, 44 günlük müharibə zamanı informasiya müharibəsinin iştirakçılarının əksəriyyətini gənclər təşkil edib.
"Çox mübariz gənclərimiz var, öz ideologiyaları uğrunda vuruşurlar. Bütövlükdə Azərbaycan gəncləri çox mərd davrandı, bütün sosial şəbəkələrdə öz mübarizələrini sona qədər apardılar. Gənclərimizin fəallığı özünü müharibə dövründə daha açıq şəkildə göstərdi. Mən hər zaman demişəm tarixdə ilk cümhuriyyəti quran, bu ideaları genetikasında daşıyan, yaltaqlığa yaxşı münasibət bəsləməyən xalq pis ola bilməz, sadəcə, bizə bacarıqsız olduğumuzu təlqin etmişdilər. Bu savaş hər pazlı öz yerinə qoydu”,- deyə o, sözlərini tamamlayıb.