SON XƏBƏR

Ramin İsayev həbs edildi - 16 milyon manat mənimsəməkdə ittiham olunur

İyul 05
15:00 2023
"SOCAR-AQŞ”  MMC-nin keçmiş baş direktoru Ramin İsayev həbs olunub. 

O, 16 milyon manatlıq mənimsəmədə ittiham olunur.

1972-ci il təvəllüdlü Ramin İsayev haqqında istintaq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılır. 

Sabiq baş direktora qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb. 

Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İlkin istintaq dövrü üçün Ramin İsayev haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Həbs qərarı Binəqədi Rayon Məhkəməsində (istintaqı aparan orqan – Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu rayonun ərazisində yerləşdiyinə görə) verilib.

Quyu-qazma işlərinin həyata keçirilməsilə məşğul olan "SOCAR -AQŞ” MMC 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yanaşı, həm də "Nobel Energy” və "Abşeron Qazma” MMC (AQŞ) tərəfindən təsis edilib.

Ramin İsayev 2009-2020-ci illərdə  baş direktor vəzifəsində çalışıb.(Meydan TV)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook