SON XƏBƏR

Ramin Musayev yeni klubun işinə müdaxilə etdi – sponsor baş götürüb getdi

Sentyabr 17
15:54 2017
Azərbaycanda futbola sərmayə qoymaq istəyən iş adamı gözlənilməz tələblərlə qarşılaşıb.
 
Qlobal.Az "Futbol+” qəzetinə istinadən yazır ki, yeni yaradılan "Göyçə” klubunun prezidenti Mübariz Məmmədov sonradan fikrindən daşınıb. Buna səbəb onun klubunun birinci divizionda iştirak üçün şərtlərlə üzləşməsi olub.
 
Qəzet yazıb ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev M.Məmmədovdan tələb edib ki, birinci divizionda iştirak etməkdən ötrü baş məşqçi Bəhmən Həsənovu və bəzi futbolçuları komandasından qovsun. Buna səbəb kimi onların adının oyun alverində hallanması göstərilib. Klub prezidenti isə həmin şəxslərə 50 min manat pul ödədiyini, şərti qəbul edə bilməyəcəyini deyib. Nəticədə "Göyçə” çempionata buraxılmayıb.
 
Qəzetin sorğusuna cavabında Məmmədov qısa danışıb: "Mənim kiminsə diqtəsiylə oturub-durmaq fikrim yoxdur. Futboldan gedirəm. Xərclədiyim pullara gəlincə, zərərin yarısından da qayıtmaq xeyirdir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook