Ramiz Mehdiyevin bankında vəziyyət qarışdı - Səhmdarlar narahatdır
İyun 04
11:11
2020
Bu il 10 yaşı tamam olan Bank "BTB” ASC-də vəziyyət ürəkaçan deyil.
Hit.Az-ın əldə etdiyi məlumata görə, bir çox bankların bağlanması və "cırtdan" bankların taleyinin ipdən asılı olduğu bu günlərdə "BTB"-nin daha bir ciddi qayğısı var.
R.Mehdiyevin siyasi hakimiyyətdəki yerini və təsirini itirməsi ilə bankın ağır günləri başlayıb.
Bu il bir neçə filialını bağlayan və 50-dn çox işçisini ixtisar edən, son günlər lizinq kreditləri verməyi də dayandıran bank indi də tamamilə bağlanmaq riski ilə üz-üzədir. Bankın digər səhmdarları bunun Ramiz Mehdiyev faktoru ilə bağlı olduğunu düşünərək, ondan səhmdarlar arasından çəkilməsini istəyirlər.
Qlobal.az