SON XƏBƏR

Ramiz Mehdiyevin kürəkənindən Roza Zərgərliyə cavab – “Deyilənlərin hamısı yanlışdır”

Avqust 09
12:54 2023
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli ötən həftə sosial şəbəkə hesabında açdığı canlı yayımda "German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində səhhətində ciddi problemlər yaranıb.

İfaçı vurğulayıb ki, məsələni belə qoymayacaq və münasibətləri hüquqi müstəvidə aydınlaşdıracaq.

Qeyd edək ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur.

Sözügedən iddialarla bağlı İlham Əliyevin də mövqeyini öyrəndik.

DİA.AZ bildirir ki, sabiq deputat Bizim.Media-ya açıqlamasında Roza Zərgərlinin iddialarını qəbul etməyib.

O, "Deyilənlərin hamısı yanlışdır. Sağ olun”- deyərək telefonun dəstəyini asıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook