"RAMKO MMC"- Milyonluq tenderlərin müəmmalı qalibi...
İyul 28
23:03
2016
İkimininci
illərin ortalarından başlayaraq dövlət büdcəsinə daxil olan güclü maliyyə axını
ölkənin tikinti sahəsinin inkişafına ciddi təkan verdi.
Qlobal.az
Respublikanın
bütün regionlarında aparılan abadlıq-quruculuq işləri yeni tikinti şirkətlərinin
yaranmasına səbəb oldu. Düzdür, son bir il yarımda iqtisadi böhrana görə,
tikinti sahəsi əhəmiyyətli dərəcədə tənəzzülə uğrayıb. Və buna görə də xeyli
tikinti şirkətləri fəaliyyətini dondurub. İndi ancaq o tikinti şirkətləri fəaliyyət
göstərir ki, onların ölkənin rəhbər vəzifələrində ciddi dayaqları var.
"Yuxarı”larda bu cür ciddi dayaqları olan tikinti şirkətləri milyonlarla manat
dəyəri olan dövlət sifarişlərini əldə etməklə böyük qazanclar əldə edirlər.
Qlobal.az-ın
internet üzərindən apardığı araşdırma zamanı məlum oldu ki, dövlətin sifarişi
ilə böyük həcmdə tikinti layihələrini həyata keçirən şirkətlərdən biri də
"RAMKO” MMC-dir. Əldə etdiyimiz məlumata görə, fəaliyyətində qeyri-şəffaflıq elementləri olan "RAMKO” MMC əsasən sosial-iqtisadi yönümlü sifarişləri həyata keçirir. Öncə onu qeyd edək ki, milyonlarla dəyərində layihələr həyata keçirən
"RAMKO” MMC-nin şirkət olaraq prinsipləri, gördüyü işlər haqqında bilgi verən
saytı yoxdur. Bütün dünyada milyonlarla (hətta çox kiçik şirkətlərin də) dövriyyəsi olan ciddi şirkətlərin web-saytları var, sosial şəbəkələrdə
mövcuddurlar. Məsələn, hansısa şəxsə və yaxud jurnalistə hər hansı bir dövlət
qurumu, ya da tenderlərdə iştirak edən bir şirkət haqqında məlumatlar lazım olanda təbii ki, ilk növbədə internet axtarış sistemlərinə üz tutulur. Ciddi şirkətlərin ünvanı, telefonu, nə işlə məşğul olduğu, fəaliyyətinə dair məlumatlar,
hətta hesabatlar saytlarında açıq- aydın yazılır. Milyonluq layihələr həyata keçirən və fəaliyyəti ilə bağlı informasiya əks etdirən saytı olmayan şirkətlər əsasən kağız üzərində "işləməyə" üstünlük verirlər. Qarşılaşdığımız reallıq "RAMKO” MMC-nin məhz sonunculardan- kağız üzərində fəaliyyət
göstərən şirkətlərdən olduğunu göstərir.
Araşdırmalarımız
zamanı məlum oldu ki, uzun illərdən bəri ölkənin müxtəlif rayonlarında su çəkilişlərini
həyata keçirən "RAMKO” MMC-nin qalib olduğu tenderlərdə müxtəlif maxinasiyalar
olduğuna dair şübhələr var. Belə ki, milyonlarla smetası olan bu cür dövlət
layihəsini həyata keçirən "RAMKO” MMC-nin müqavilələrinə, gördüyü işlərə google
axtarış sistemində qətiyyən rast gəlinmir. Əlavə olaraq isə qalib olduğu
tenderlərin qiymət göstəricilərinə də heç bir yerdə rast gəlmək mümkün deyil.
Əlbəttə ki, bu cür fəaliyyət böyük həcmdə dövlət pullarının qaranlıq taleyindən xəər verir.
Apardığımız
araşdırmalar zamanı o da müəyyən edildi ki, 2012-ci ildə Siyəzən şəhərinin su təchizatı
və kanalizasiya şəbəkələrinin bərpasını və tikintisini Fransanın "SADE” şirkəti
ilə birgə həyata keçirən "RAMKO” MMC burada da ciddi maxinasiyalara yol verib. Qeyd
edək ki, "SADE” şirkəti layihənin gen- podratçısı "RAMKO” MMC isə tikinti-
quraşdırma işlərinin icraçısı olmuşdur. 90 kilometrə yaxın müxtəlif diametrli
su şəbəkəsi və 70 kilometrə yaxın kanalizasiya şəbəkəsinin çəkilişi sifariş
olunsa da məlumata görə, "RAMKO” MMC
sifarişi sonacan yerinə yetirməyib. Bundan başqa layihə çərçivəsində şəhərin su
təchizatının daim özüaxımlı etmək üçün ümumilikdə 2700 kubmetr həcmində 3 müxtəlif
nöqtələrdə inşa olunan su anbarlarının tikintisi zamanı da qanunsuzluqlara yol
verildiyi deyilir. Deyilənlərə görə, bu anbarların tikintisi zamanı istifadə
olunan armatur və betonun tərkibi heç də müqavilələrdə göstərilən keyfiyyətdə
olmayıb. Digər məlumata görə, "RAMKO” MMC-nin özünə məxsus iş prinsipi olduğu
kimi özünəməsxsus da iş təhvil vermə "metodu” var. İddiaya görə, şirkətin inşa etdiyi hər
bir layihənin təhvil-təslimi zamanı işi qəbul edən nazirliyin nümayəndələri, yerli
RİH-nin aidiyyatı şəxsləri əsl "bayram" ab-havasında olurlar.
Qeyd
edək ki, hal-hazırda "RAMKO” MMC Bərdə
rayonunun Xamtorpaq ərazisində 50 hektara yaxın ərazidə və eləcə də digər
rayonlarda böyük həcmli tikinti layihələrini həyata keçirir. Bu tip milyonluq
layihələrdən biri də- Süni Mayalanma Mərkəzi şirkət tərəfindən Göygöl rayonunda
inşa edilir.
Bundan
əlavə olaraq şirkətin fəaliyyət trayektoriyası əldə etdiyimiz məlumata görə hətta
qonşu Gürcüstana qədər gedib çıxır.
Daha
bir məlumata görə, "RAMKO” MMC-nin çalışdırdığı usta və fəhlələrin heç biri ilə əmək müqaviləsi
yoxdur. Çalışdırdığı işçilərin böyük əksəriyyəti sığorta olunmayıb. Şirkətin
apardığı tikinti işlərində təhlükəsizlik qaydaları kobud formada pozulur. Ustaları
və fəhlələri ilə əmək müqaviləsi
bağlamayan şirkət bu əməli ilə dövlət büdcəsinə ödəməli olduğu verginin həcmini
əhəmiyyətli dərəcədə kiçildir.
Onu
da nəzərinizə çatrdıraq ki, "RAMKO” MMC-nin maxinasiyalarından bəzi dövlət
strukturlarının da xəbəri var. Şirkət
yol verdiyi qanunsuzluğa görə, dəfələrlə müxtəlif dövlət müəssisələri tərəfindən
məhkəməyə verilib. Buna misal olaraq ötən ilin sentyabr ayında Vergilər
Nazirliyi yanında Bakı Vergilər Departamenti "RAMKO” MMC-ni şirkətin siyahıya
alınmış əmlakının açıq hərracda satılmasının təmin olunması tələbi ilə məhkəməyə
vermişdi.
O
zaman bu işin icraatı ilə 2 saylı Bakı
İnzibati- İqtisadi Məhkəməsi məşğul oldu.
Ondan
bir il əvvəl- 2014-cü ildə Azəriqaz İB-i "RAMKO” MMC-ni öhdəliyini yerinə yetirmədiyinə
görə, pul tələbi ilə məhkəməyə vermişdi. Bu iddiaya isə 1 saylı Bakı İnzibati-
İqtisadi məhkəməsində baxıldı.
Göründüyü
kimi, "RAMKO” MMC kifayət qədər müəmmalı fəaliyyət göstərən tikinti şirkətlərindəndir.
Mətbuatın gözündən məharətlə gizlənməyi bacarmış bu tikinti şirkətinin cari fəaliyyəti
ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəf də mövqeyini bildirə bilər.
Qlobal.az