SON XƏBƏR

Rayondan Bakıya işləmək üçün gələnlər paytaxtdan çıxarılacaq? - Rəsmi cavab

Yanvar 18
13:34 2023
Son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını, gələcəkdə müəyyən problemlərlə üzləşəcəklərini bildirirlər.

Qaynarinfo xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Xəzər TV-yə deyib ki, müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir.

O əlavə edib ki, bölgələrdə qeydiyyatda olan və işləmək üçün Bakıya üz tutan şəxslərin aşkarlanaraq şəhərdən çıxarılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook