REAL bu həftə qeydə alınacaq? (AÇIQLAMA)
Avqust 15
11:37
2023
REAL Partiyası bu həftə reystrdən keçmək üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək.
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın İcra Aparatının rəhbəri Natiq Cəfərli məlumat verib.
"REAL-ın üzvlərinin sayı ilə bağlı son tamamlama işləri gedir. Siyahıların yenidən dəqiqləşdirilməsi, baxılması, bir sözlə, texniki məsələlərin həllini bitirmək üzrəyik. Bu həftə ərzində sənədlər nazirliyə təqdim olunacaq”, deyə Natiq Cəfərli vurğulayıb.
Onun sözlərinə görə, son bir ayda siyahılarla bağlı dəqiqləşmələr aparılıb, problemlər aradan qaldırılıb:
"İnanmıram ki, bundan sonra hansısa bir problem çıxsın. Ümid edirəm ki, bu dəfə problem yaşamayacağıq”.
Qeyd edək ki, REAL Partiyası bir ay bundan öncə "Siyasi partiyalar haqqında” qanunun tələblərinə görə, 5 mindən yuxarı üzv siyahısını Ədliyyə Nazirliyinə təqdim etmişdi. Nazirlik isə apardığı yoxlamadan sonra partiyanın sənədlərini geri qaytarıb və səbəb olaraq ad, soyadların, telefon nömrələrinin üst-üstə düşmədiyini göstərib.