REAL fəaliyyətini dayandıracaq? (AÇIQLAMA)
İyul 17
15:16
2023
"Bu gün saat 18:00-də qərarımızı açıqlayacağıq”.
Bunu Qaynarinfo-ya REAL Partiyasını icra kaitibi Natiq Cəfərli partiyanın fəaliyyətinin davam etdirib-etdirməməsi ilə bağlı sullara cavab verərkən deyib.
O bildirib ki, bu gün axşam saatlarında REAL Partiyasının İdarə Heyətinin toplantısı keçiriləcək:
"İclasdan sonra bütün qərarları açıqlayacağıq. İndi nəsə bir şərh verməyin mənası yoxdur”.
Qeyd edək ki, REAL Partiyası "Siyasi partiyalar haqqında” qanunun tələblərinə əsasən 5 min üzv siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Ədliyyə Nazirliyi isə yoxlama zamanı REAL-ın cəmi 463 üzvünün keçərli olduğunu açıqlayıb. Partiya sədri İlqar Məmmədov bildirib ki, Ədliyyə Nazirliyi reyestrdə adları olan üzvlərlə əlaqə saxlanılıb:
"Bizə bildirdilər ki, 986 nəfər partiyaya üzv olmadığını deyib. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb. Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə vəfat edib. Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərin adı "keçərli” oldu. Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını "düzəltməli”, ya eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq. Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik”.