SON XƏBƏR

"Real Madrid" Mbappe və Vinisius arasında münaqişədən qorxur

Fevral 05
10:01 2024
"Real Madrid" rəhbərliyi tezliklə komandaya qoşulacağı deyilən Kilian Mbappe ilə Vinisius Junior arasındakı münasibətdən narahatdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Todofichajes" yazıb.

"Real Madrid" eyni mövqedə oynadıqları üçün oyunçular arasında maraqların toqquşmasından qorxur. 

Qeyd edək ki, Mbappe 2018-ci ildə "Monako"dan PSJ-yə keçib. Onun yaxın günlərdə "Real Madrid"ə transfer olunacağı deyilir.

Bir müddət əvvəl Vinisiusun Mbappe "Real Madrid"ə transfer olunacağı halda komandanı tərk edəcəyi barədə xəbər yayılmışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook