SON XƏBƏR

Real sədri ölkə başçısını təbrik edib

Fevral 08
15:27 2024
Respublikaçı Alternativ (Real) partiyasının sədri İlqar Məmmədov İlham Əliyevə yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Siyasi Komitədən "AzPolitika.info”-ya bildirilib.

"Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram”,-deyə İ. Məmmədov qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook