SON XƏBƏR

Reanimasiyada yatan xalq artisti ilə bağlı yeni xəbər

Sentyabr 09
23:52 2016
Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsində müalicə alan xalq artisti Muxtar Maniyevin vəziyyəti normallaşıb.
 
Axşam.az xəbər verir ki, bu barədə M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva APA-ya məlumat verib.
 
Onun sözlərinə görə, dünən və bu gün xalq artistinin vəziyyəti yaxşı olub:

"Hiss olunur ki, irəliləyiş var. Həkimlər sağ olsunlar, əllərindən gələni etdilər. Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov, Muxtarın həkimi Fəzilə Xalıqova böyük əziyyət çəkdilər, mən onlara minnətdarlığımı bildirirəm. Qan azlığı var idi, aradan qaldırıldı. Huşu aydındır. Düzdür, hələ ki, reanimasiya şöbəsindədir, amma istəyirik, yaxın günlərdə evə aparaq”.
 
Qeyd edək ki, M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
 
M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook