"Recep İvedik -5" filmindəki Azərbaycana həqarət FETÖ sifarişidir? - ŞOK GƏLİŞMƏ
Yanvar 17
00:00
2017
Bu gün sosial şəbəkələrdə Şahin Gökbaharın növbəti filminin fraqmenti internetdə yayımlanıb.
Belə ki, Qlobal.az-ın əldə etdiyi məlumata görə, müasir dünyada bir çox gizli və ya subliminal mesajların videoçarxlar və filmlər vasitəsilə çatdırıldığı bir dövrdə qardaş ölkədə çəkilən filmdə bu cür səhnənin yer alması hansısa gizli qüvvələrin ölkəmizə qarşı ismarladığı mesaj ola bilər. Ehtimal var ki, ötən il qardaş Türkiyədə baş verən dövlət çevrilişi zamanı Azərbaycan dövlətinin və xalqının birmənalı şəkildə Türkiyə dövlətinin rəhbərliyini dəstəkləməsi, ardınca isə ölkəmizdə FETÖ-yə məxsus şirkətlərin, təhsil müəssisələrinin qapadılması bu çevrilişin arxasında olduğu iddia olunan FETÖ terror şəbəkəsinin hiddət və qəzəbinə səbəb olub. Ehtimalı gücləndirən digər versiya isə indiyədək qardaş Türkiyədə bütün sahələrdə məşhur olan isimlərin əksəriyyətinin uzun illərdən bəri yarı aşkar, yarı gizli fəaliyyət göstərən FETO şəbəkəsi tərəfindən ələ alındığı bildirilir. Son zamanlar qardaş ölkənin gündəminə nəzər saldıqda da xeyli sayda idmançıların, tv aparıcılarının, aktyorların deşifrə olunaraq həbs olunduğunu aydın görürük.
Xatırladaq ki, Azərbaycan rəsmilərindən filmin fraqmentinə hələ ki, açıqlama verən olmayıb.
Filmin yayılan fraqmentində rinqə çıxan "Receb İvedik" azərbaycanlı idmançıya "sənin ağzını- burnunu qırmağa gəlmişəm qardaş" deyərək sinəsində bayrağımız olan idmançımızı güclü bir zərbəylə rinqin künçünə uçurur. Azərbaycan tamaşaçıları tərəfindən daim rəğbətlə qarşılanan Şahin Gökbaharın yeni filminin fraqmenti insanlarda böyük təəssüf hissi yaratmaqla bərabər, həm də, ortaya ciddi suallar çıxarıb.
Belə ki, Qlobal.az-ın əldə etdiyi məlumata görə, müasir dünyada bir çox gizli və ya subliminal mesajların videoçarxlar və filmlər vasitəsilə çatdırıldığı bir dövrdə qardaş ölkədə çəkilən filmdə bu cür səhnənin yer alması hansısa gizli qüvvələrin ölkəmizə qarşı ismarladığı mesaj ola bilər. Ehtimal var ki, ötən il qardaş Türkiyədə baş verən dövlət çevrilişi zamanı Azərbaycan dövlətinin və xalqının birmənalı şəkildə Türkiyə dövlətinin rəhbərliyini dəstəkləməsi, ardınca isə ölkəmizdə FETÖ-yə məxsus şirkətlərin, təhsil müəssisələrinin qapadılması bu çevrilişin arxasında olduğu iddia olunan FETÖ terror şəbəkəsinin hiddət və qəzəbinə səbəb olub. Ehtimalı gücləndirən digər versiya isə indiyədək qardaş Türkiyədə bütün sahələrdə məşhur olan isimlərin əksəriyyətinin uzun illərdən bəri yarı aşkar, yarı gizli fəaliyyət göstərən FETO şəbəkəsi tərəfindən ələ alındığı bildirilir. Son zamanlar qardaş ölkənin gündəminə nəzər saldıqda da xeyli sayda idmançıların, tv aparıcılarının, aktyorların deşifrə olunaraq həbs olunduğunu aydın görürük.
Saytımızın əldə etdiyi məlumata görə, adıçəkilən filmin yayılan fraqmentləri qardaş ölkədə də ciddi narahatçılığa səbəb olub. Giresun Universitetinin Azərbaycan əsilli professoru Aygün Attar bildirib ki, cəmi iki gün öncə Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 25-ci ili qeyd edilib və belə bir dönəmdə yayımlanan film fraqmanındakı bir səhnə azərbaycanlı olaraq onu incidib.
Güman edilir ki, bu səhnənin ortaya çıxmasının əsl səbəbi müvafiq qurumlar tərəfindən ciddi formada araşdırılacaq.

Qlobal.az