"Referendum" bitdi: Rusiya Ukraynanın bu ərazilərini ilhaq edərsə, nə baş verə bilər?
Sentyabr 28
12:05
2022
Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşməsi ilə bağlı qondarma "referendumlar” başa çatıb. İşğal olunmuş ərazilərin hakimiyyət orqanları ilhaqı demək olar ki, 100% dəstəklədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, onların hesablamalarına görə, "lehinə” səs verənlər aşağıdakı kimi bölünüb:
"DPR" üzrə - 99,23%,
"LXR" üzrə - 98,42%,
Zaporojye vilayəti üzrə - 93,11%,
Xerson vilayəti üzrə - 87,05%.
Qondarma "DXR”in "rəhbəri” Denis Puşilin demək olar ki, 2 milyon 117 min insanın Rusiyaya biləşməsinin dəstəklədiyini bildirib və onun gələcək niyyətlərindən danışıb:
"Əlbəttə, növbəti hüquqi hissəyə keçəcəyik. Hər şey çoxdan özümüz üçün çəkdiyimiz plana uyğundur”.
Qondarma "LXR”in "rəhbəri” Leonid Paseçnik Rusiya prezidenti Vladimir Putindən sentyabrın 28-də respublikanın Rusiya birləşməsi barədə düşünməyi xahiş edəcəyini bildirib.
İşğal olunmuş Zaporojye vilayətinin "başçısı” Balitski bildirib ki, "region faktiki olaraq Ukraynadan ayrılıb” və indi onlar Rusiya hakimiyyətinin qərarını gözləyirlər.
İşğal olunmuş Xerson vilayətinin "rəhbəri” Vladimir Saldo bildirib ki, o, regionun müstəqilliyini elan etməyəcək və birləşmək üçün dərhal Rusiya Federasiyasının prezidentinə müraciət edəcək.
Dördü də Moskvaya gedib Putinlə görüş istəyəcək.
Bu arada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nəticələrin göz qabağında olduğunu deyib. "Rusiyaya, evinizə xoş gəlmisiniz!" o yazıb.
Ukraynanın işğal olunmuş ərazilərində keçirilən "referendumlar” BMT Təhlükəsizlik Şurasında müzakirə edilib. Ukrayna prezidenti Volodimir Zelenski təşkilat üzvlərinə deyib ki, əgər Rusiya bu səsvermənin nəticələrini tanısa, Putinlə "danışacaq heç nə qalmayacaq”. "İlhaq - onu bütün bəşəriyyətlə üz-üzə qoyacaq addımdır. Bu, elə aydın siqnaldır ki, indi dünyanın hər bir dövlətindən tələb olunur”, - Zelenski vurğulayıb.
O, ilhaq baş verəcəyi təqdirdə Rusiyanı BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların daimi üzvlüyündən çıxarmağa çağırıb.
Ukrayna, onun Qərb müttəfiqləri və beynəlxalq birliyin əksər üzvləri Rusiyanın işğal və hərbi əməliyyatlar şəraitində "səsvermə” təşkil etmək cəhdinin heç bir hüquqi nəticəsi ola bilməyəcəyini bildiriblər.
Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo qeyd edib: "Bir dövlətin digər dövlətin ərazisini güc yolu ilə ilhaq etmək cəhdinə legitimlik görüntüsü verməyə, onu xalqın iradəsi kimi təqdim etməyə yönəlmiş birtərəfli hərəkətlər beynəlxalq hüquqa görə legitim sayıla bilməz”.
Baş katibin müavini vurğulayıb ki, BMT Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam sadiqdir.
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Qərb ölkələri Ukrayna regionlarının ilhaqını heç vaxt tanımayacaq və ərazilərin qaytarılması uğrunda apardığı mübarizədə Ukraynanı dəstəkləyəcək. Üstəlik, Vaşinqton Kiyevin bunun üçün Qərbin verdiyi silahlardan istifadə etməsinin əleyhinə deyil. Blinken əmindir ki, belə istifadə özünümüdafiə kimi qiymətləndiriləcək.